Noyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün Mentorluq proqramı çərçivəsində "Yüksəliş" müsabiqəsi qalibi ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin əməkdaşı Almaz Atakişibəyli qonaqları salamlayaraq tədbir haqqında ümumi məlumat verib.
Sonra "Yüksəliş" müsabiqəsinin qalibi Əli Əhmədov mentorluq proqramı haqqında iştirakçılara ətraflı məlumat verərək onlara uğurlu karyera qurmaq yolunda tövsiyələrini verib.
İnteraktiv formatda keçirilən görüşdə proqramda iştirak edən tələbələr keçdikləri şəxsi təcrübələrini bölüşüblər.