Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Özbəkistana səfər çərçivəsində ali təhsil müəssisələrində görüşlər keçiriblər.
ADNSU-nun nümayəndələri -Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və layihələr üzrə menecer Elmar Quliyev İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universitetinin rəhbər şəxsləri- Sardor Donayev, Javokhir Toshov, o cümlədən professor-müəllim heyəti ilə görüşüblər.
Görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tələbə-müəllim mübadiləsi, elmi təcürəbələrin bölüşdürülməsi kimi məsələlər müzakirə olunub.