Noyabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Humanitar fənlər" kafedrasının müəllimi Könül Abdullayevanın təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş açıq dərs keçirib. Açıq dərsdə Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Müəllim K. Abdullayeva I və II Qarabağ müharibəsinin şahidi kimi öz fikirlərini bölüşüb. Kafedranın müəllimləri - Yaşar Əhmədov, Lamiyə Kərimova, Vəfa Hüseynzadə və tələbələrin iştirak etdiyi açıq dərsdə tələbə Məmmədova Səma I Qarabağ müharibəsi haqqında danışıb. Sonra Şıxəlizadə İlham "II Qarabağ müharibəsi və müharibədən sonra aparılan islahatlar" mövzusunda çıxış edib. Həmçinin, tələbə Aslanov Ağacamal I və II Qarabağ müharibəsinin müqayisəli şəkildə təqdimatını edib.