×

News

News 11 Nov 2024
ADNSU-nun əməkdaşları Daşkənd Kimya Texnologiya Universitetində olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Özbəkistana səfər çərçivəsində nöbəti ali təhsil müəssisində olublar.

Belə ki, ADNSU-nun nümayəndələri -Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və layihələr üzrə menecer Elmar Quliyev noyabrın 8-də Özbəkistanda Daşkənd Kimya Texnologiya Universitetinin rəhbər şəxsləri ilə görüşüblər. Universitetin Beynəlxalq əməkdaşlıq üzrə prorektoru Zebo Abdullayevna Babaxanova, Təhsil müəssisələri ilə iş üzrə prorektor Anvar Normamatoviç Şernayev və digər əməkdaşlarla görüşdə tələbə, müəllim mübadiləsi, beynəlxalq elmi konfrans və layihələrdə birgə iştirak və digər bu kimi müştərək layihələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. 


Share