Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Qazaxıstana səfər çərçivəsində noyabrın 11-də Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetində olublar.
ADNSU-nun nümayəndələri-Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və layihələr üzrə menecer Elmar Quliyev öncə Avrasiya Milli Universitetinin rektoru Yerlan Battaşeviç Sıdıkovla görüşüblər. Rektor qonaqlara universitet, buradakı tədris və dərs şəraiti haqqında məlumat verib. Sonra ADNSU-nun əməkdaşları Beynəlxalq əməkdaşlıq departamentinin müdiri Karmelyuk Anastasia Vyaçeslavovna, Fizika və texnologiya fakültəsinin dekanı Nurmoldin Erik Yersalınoviç və Beynəlxalq tərəfdaşlığın inkişafı və beynəlxalq reytinqlər üzrə sektor müdiri Kiyaşeva Altın Kuanşevna ilə görüşüblər.
Görüşlərdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişafından, o cümlədən tələbə-müəllim mübadiləsi və birgə elmi layihələrin icrasından bəhs olunub.