Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları Qazaxıstana səfər çərçivəsində 12-13 noyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində yerləşən Şahmərdan Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetində işgüzar görüşlər keçiriblər.
Belə ki, ADNSU-nun nümayəndələri-Təcrübə bölməsinin müdiri Səbinə Əliyeva və layihələr üzrə menecer Elmar Quliyev Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin Tədqiqat və inkişaf üzrə prorektoru Askar Seidaliyev, Beynəlxalq ofisin rəhbəri Aigul Dosumbekova görüşdə iki təhsil müəssisəsinin əmədaşlıq əlaqələrinin müzakirə ediblər. Görüş zamanı tələbə-müəllim mübadiləsi və birgə elmi layihələrin icrası, beynəlxalq reytinq bazalarında təmsil olunma, təhsil təcrübəsinin bölüşdürülməsi kimi məsələlərdən bəhs olunub.