Noyabrın 18-də Bakıda COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və "QS" Beynəlxalq Reytinq Agentliyinin təşkilatçılığı ilə “Ali təhsildə dayanıqlılıq: Dayanıqlı universiteti necə idarə etməli?” mövzusunda panel sessiya keçirilib.
Sessiyada dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələri elan edilib.
Yeni nəticələrə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Azərbaycan universitetləri arasında 3-cü yerdədir. ADNSU bu reytinq göstəricisi üzrə dünyada isə 1351-1400-cü yerdə qərarlaşıb.