×

News

News 21 Nov 2024
ADNSU-nun əməkdaşları Türkiyədə işgüzar səfərdə olublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları -  Rəqəmsal İnkişaf və İnnovasiya Mərkəzinin direktoru Elviz İsmayılov və Xarici Tərəfdaşlarla Əməkdaşlıq üzrə mütəxəssis Çingiz Qarayev Türkiyə Respublikasında işgüzar səfərdə olublar. Səfərin məqsədi Türkiyənin aparıcı universitetləri ilə yeni əməkdaşlıq imkanlarını araşdırmaq və  mövcud əməkdaşlıq əlaqələrinin gücləndirilməsi olub.

Səfər çərçivəsində ADNSU-nun nümayəndələri Türkiyənin yeddi nüfuzlu müəssisəsi olan Ege Universitet, Dokuz Eylül Universitet, İzmir İqtisadiyyat Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, Yaşar Universiteti, Eskişehir Osmangazi Universiteti və Eskişehir Texniki Universitetinin təmsilçiləri ilə görüşlər keçiriblər. Beynəlxalq Əlaqələr və Texnologiya Transferi ofislərinin rəhbərləri ilə keçirilən görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Danışıqlar zamanı kadr və tələbə mobilliyi proqramları, birgə elmi-tədqiqat təşəbbüsləri, həmçinin yerli və beynəlxalq layihələrdə əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.


Share