Noyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Humanitar fənlər" kafedrasının təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib. Tədbirə məzun şəhidlərimiz - İbrahimli Məhəmmədəli, Məmmədov Əlihüseyn və Qurbanov Davudun ailə üzvləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhu 1dəqiqəlik sükutla yad edilib.
Sonra "Humanitar fənlər" kafedrasının müdiri, professor Camal Mustafayev çıxış edərək Azərbaycan ordusunun yenilməzliyindən və şəhidlərimizin uca məqaməndan danışıb. O, bildirib ki, şəhidlərimiz qürur yerimizdir və onların əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
“Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova və "Humanitar fənlər" kafedrasının dosenti Yaşar Əhmədov da çıxışlarında şəhidlərimizin döyüş yolundan, Ordumuzun tarixi Zəfərindən bəhs ediblər.
Sonra ADNSU-nun tələbələri Ağacamal Aslanov və Rəhimə Əsgərova Qarabağ müharibəsi və şəhidlər haqqında təqdimatla, Fərda Miqdad isə şeirlə çıxış edib.
Tədbirdə çıxış edən Şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşüblər, gənclərə öz tövsiyələrini veriblər.