Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Qazaxıstana səfəri çərçivəsində Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru, professor Meyram Beqentayev ilə görüşüb.
Görüşdə tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsindən bəhs olunub. İki ali təhsil müəssisəsi arasında mövcud əməkdaşlıq müqaviləsindən irəli gələrək gələcəkdə professor-müəllim heyəti və tələbələrin mübadilə proqramlarını həyata keçirmək, birgə konfrans, simpozium və layihələrin icrasini reallaşdırmaq kimi məslələr ətrafında fikir mübadiləsi aparılıb.
Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinə səfəri zamanı dosent Vazeh Əskərov və rəhbərlik etdiyi nümayəndə heyəti universiteti gəzərək buradakı tədris şəraiti ilə yaxından tanış olublar.