Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Yüksəliş" müsabiqəsinin tələbə mentorluq proqramında iştirak edən tələbələri Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Yüksəliş” kvizi - qış mövsümü " adlı intellektual yarışda iştirak ediblər.
Qeyd edək ki, artıq dördüncü dəfə keçirilən intellektual yarış “Yüksəliş” müsabiqəsinin qaliblər, finalçılar və yarımfinalçıları arasında baş tutur. ADNSU tələbələri bu il ilk dəfə olaraq kvizdə iştirak ediblər. Kvizdə 43 komanda tərkibində ümumilikdə 252 iştirakçı mübarizə aparıb.
2024/25-ci tədris ili üçün “Yüksəliş” tələbə mentorluq proqramı çərçivəsində 14 tələbə seçilib və proses davam edir.