×

Xəbərlər

Xəbərlər 10 Dec 2024
ADNSU-da Füzulinin 530 illik yubileyinə həsr olunmuş tamaşa nümayiş olunub

Dekabrın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “FÜZULİ-530” adlı tədbir keçirilib. 

Humanitar fənlər kafedrasının müəllimi Könül Abdullayeva tədbir iştirakçılarını salamlayaraq qüdrətli söz ustadı Füzuli yaradıcılığına olan diqqətdən və ustad şairin yubileyinin ölkə miqyasında geniş qeyd olunmasından danışıb.

Millət vəkili, professor Aydın Mirzəzadə çıxışında ölməz şairin əvəzsiz irsindən söz açaraq Prezident İlham Əliyevin Məhəmməd Füzulinin 530 illiyi münasibətilə imzaladığı Sərəncamı Füzuli irsinə verilən dəyərin təzahürü kimi qiymətləndirib.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun əməkdaşları - Nuranə Ələkbərova və Jalə Rüstəmova M.Füzulinin həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər. 

Tədbir "Məhəmməd Füzulinin əsərləri bu gün" adlı tamaşa ilə davam edib.


Paylaş