Dekabrın 10-da Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları ilə birlikdə tədbir keçirilib. ADNSU-nun beynəlxalq nüfuzunun gücləndirilməsi mövzusunda keçirilən tədbirdə universitet əmkdaşları təqdimatla çıxış ediblər. Tədbirdə beynəlxalq reytinqlərdə iştirakın əhəmiyyəti, bu prosesin hər bir ali təhsil müəssisəsi üçün, o cümlədən ADNSU üçün faydaları və dəstəkləməsi yolları müzakirə olunub.
Tədbirdə institutun icraçı direktoru vəzifəsini icra edən, professor Vaqif Qurbanov, elmi katib, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nəzrin Erdoğan və ADNSU-nun layihələr üzrə meneceri Elmar Quliyev, beynəlxalq layihələr üzrə meneceri Orxan Nəbiyev, Elm və Təhsil Analitik Mərkəzinin Daxili keyfiyyət təminatı sektorunun rəhbəri Rəşad Şixiyev və Strategiya və təbliğat sektorunun mütəxəssisi Şamil Əhmədov iştirak ediblər.