×

Xəbərlər

Xəbərlər 11 Dec 2024
ADNSU-da “Heydər Əliyev və Azərbaycan: Keçmişdən gələcəyə” adlı tədbir keçirilib

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Heydər Əliyev və Azərbaycan: Keçmişdən gələcəyə” adlı panel müzakirə keçirilib.  Azərbaycan Respublikası Gənclər Fondunun, “Böyük Qayıdış” İctimai Birliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Ulu Öndərin anım gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  və Ulu Öndər Heydər Əliyevin, o cümlədən şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 
Tədbirdə açılış nitqi ilə çıxış edən ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov iştirakçıları universitetdə salamlayaraq Ulu Öndərin xatirəsinə həsr olunan tədbirlərin gənclər üçün əhəmiyyətini qeyd edib və Ümummilli lider tərəfindən əsası qoyulan gənclər siyasətindən danışıb. 
Azərbaycan Respublikası Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Yusif Vəliyev, “Böyük Qayıdış” İctimai Birliyinin sədri Nail Şükürov və NAYORA-nın baş katibi Nərminə Hüseynzadə iştirsakçıları salamlayaraq Ulu Öndər Heydər Əliyevin mənalı həyatı və zəngin siyasi irsindən danışıblar. 
Sonra Millət vəkilləri Musa Qasımlı, Ceyhun Məmmədov  və Məzahir Əfəndiyev müvafiq olaraq “Ulu Öndərin müstəqil Azərbaycanın quruculuğundakı rolu”, “Ulu Öndərin təhsil sahəsində verdiyi töhfələr” və “Ulu Öndərin gənclər siyasəti” mövzuları üzrə məruzələrlə çıxış ediblər. 
Sonda gəncləri maraqlandıran sullar cavablandırlıb və xatirə fotosu çəkilib.


Paylaş