Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım günü münasibəti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov və professor-müəllim heyəti Fəxri Xiyabanda olublar. Onlar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin ehtiramla anıblar.
Dosent Vazeh Əskərov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyub.