×

Xəbərlər

Xəbərlər 13 Dec 2024
ADNSU ilk dəfə GreenMetric World University Ranking 2024-də yer alıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) davamlılıq sahəsində ilk dəfə olaraq nüfuzlu GreenMetric World University Rankings 2024-də yer alıb. Universitetimiz GreenMetric World University Rankings 2024-də cədvəlində Azərbaycanda 5-ci, dünyada isə 788-ci yeri tutub!
ADNSU ümumi 5,640 xal toplayaraq aşağıdakı sahələrdə üstün nəticələr göstərib:
Yaşıl Nəqliyyat: 1,385 xal
Təhsil və Tədqiqat: 1,250 xal
Enerji və İqlim Dəyişikliyi: 1,060 xal
Bu nailiyyət ADNSU-nun davamlılıq, ekoloji məsuliyyət və yaşıl gələcək qurmaq sahəsindəki sadiqliyini bir daha vurğulayır. Reytinq 95 ölkədən 1,477 universitetin davamlılıq göstəricilərini qiymətləndirir.


Paylaş