Dekabrın 16-da FIBAA (Foundation for International Business Administration Accreditation - Beynəlxalq Biznes İdarəçiliyi Akkreditasiyası Fondu) nümayəndələri ADNSU-ya səfər ediblər. Səfər çərçivəsində 2 nümayəndə - idarəedici direktor Diane Freiberger və beynəlxalq akkreditasiya prosedurları üzrə şöbə müdirinin müavini Yuliia Bleshmudt ADNSU BA Proqramlarının direktoru, professor Rafiq Əliyev, ADNSU BA Proqramlarının direktor müavini, t.ü.f.d. Nigar Adilova və koordinator Solmaz Səmədzadə ilə görüşüblər. Professor Rafiq Əliyev ilk öncə ADNSU-nun yaranma tarixi, beynəlxalq reytinqdəki nüfuzu, beynəlxalq nailiyyətləri ilə bağlı təfsilatlı informasiya verərək FİBAA və ADNSU arasındakı əlaqələrin cari vəziyyəti və akkreditə olunmuş 10 ixtisasdakı hazırki tədris prosesinin gedişatı ilə bağlı məsələlərə toxunub. T.ü.f.d. Nigar Adilova universitetin akkreditasiya prosesinə ciddi diqqət yetirdiyini vurğulayaraq proqram tələbələrinin qazandıqları uğurlar, akademik heyətlə bağlı nüansları vurğulayıb. Gələcəkdə akkreditasiyası nəzərdə tutulan daha 5 ixtisasla bağlı görülən işlərin cari vəziyyətini Solmaz Səmədzadə qeyd edib. Yekun olaraq ADNSU və FİBAA arasında gələcək əməkdaşlıq haqqında müzakirələr aparılıb. Daha sonra qonaqlar BA Proqramlarında Mexatronika laboratoriyası və kitabxana ilə tanış olublar, müəllim və tələbələrlə görüşüb fikir mübadiləsi aparıblar.