×

Xəbərlər

Xəbərlər 18 Dec 2024
ADNSU ilk dəfə “GreenMetric 2024” reytinqində yer alıb

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nüfuzlu “Green Metric World University Rankings 2024”-də ilk dəfə yer alıb. ADNSU Azərbaycanda 5-ci, dünyada isə 788-ci yeri tutaraq müxtəlif kateqoriyalarda əhəmiyyətli nailiyyətlər əldə edib.

ADNSU-nun müxtəlif kateqoriyalar üzrə göstəriciləri aşağıdakı kimidir:

  • Nəqliyyat: 2-ci
  • Tullantılar: 3-cü
  • Enerji və İqlim Dəyişikliyi: 5-ci
  • Su: 6-cı
  • Təhsil və Tədqiqat: 7-ci
  • İnfrastruktur və Mühit: 9-cu

 

ADNSU-nun həmin kateqoriyalar üzrə dünya üzrə göstəriciləri isə aşağıdakı kimidir:

  • Ümumi: 788-ci
  • İnfrastruktur və Mühit: 1,230-cu
  • Enerji və İqlim Dəyişikliyi: 870-ci
  • Tullantılar: 713-cü
  • Su: 918-ci
  • Nəqliyyat: 351-ci
  • Təhsil və Tədqiqat: 696-cı

 

GreenMetric reytinqi 95 ölkədən 1,477 universitetin davamlılıq göstəricilərini qiymətləndirir. ADNSU-nun GreenMetric beynəlxalq reytinq sıralamasında yer alması davamlılıq, ekoloji məsuliyyət və yaşıl gələcək qurmaq sahəsində sadiqliyinin daha bir göstəricisidir.


Paylaş