×

News

News 20 Dec 2024
ADNSU tələbələri “49-cu - ICPC Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”ndə iştirak etdib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə dörddəbir final mərhələsi  (XX Azərbaycan birinciliyi) keçirilib. Bakı Mühəndislik Universitetində keçirilən müsabiqədə 22 ali təhsil müəssisəsindən 51 komanda iştirak edib. 

Yarışda uğurla iştirak edən komanda və fərdi komanda üzvləri Tbilisi şəhərində Gürcüstan Dövlət Universitetində keçirilən “49-cu ICPC - Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak hüququ qazanıb. 

Birinci mərhələdə uğurla iştirak edən “ASOİU 3” komandası Gürcustanda keçirilən yarışda "Honorable Mention" sertifikatına layiq görülüb. Həmçinin, fərdi olaraq yarışda iştirak edən tələbələrimiz - Qurbanov Fərid və Məmmədova Nərmin Cənubi Qafqaz açıq çempionatının "Honorable Mention" sertifikatlarına layiq görülüblər. 


Share