×

Xəbərlər

Xəbərlər 20 Dec 2024
“Turan Drilling &Engineering” şirkətinin mütəxəssisi ADNSU tələbələrinə seminar keçib

Dekabrın 20-də “Turan Drilling &Engineering” şirkətinin Əməliyyatlar üzrə meneceri və baş direktorun müşaviri Tomislav Klenkar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə seminar keçib. 

Mütəxəssis “Organisational learning barriers to double loop learning” mövzusunda geniş təqdimatla çıxış edib. İki pilləli öyrənmə yolunda yeni ideyaların və düşüncələrin inkişaf etdirilməsi və baryerlərin dəf edilməsi və uğurlu karyeraya nail olmanın əsas alətlərindən danışan Tomislav Klenkarın seminarı tələbələr tərəfindən maraqla qarşılanıb. Qarşılıqlı müzakirələrlə keçən görüşün sonunda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb. 


Paylaş