Dekabrın 24-də Azİİ e-Kitab Evində Müzəffər Ali Baş Komandan İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə, ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edərək 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər Qələbəsinə həsr edilmiş “Ali Baş Komandan” adlı kitab sərgisi təşkil edilb. Sərgidə Ali Baş Komandanın gördüyü quruculuq işlərindən, ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdəki fəaliyyətindən, eləcə də dövlətçiliyimizin tarixində müstəsna xidmətlərindən bəhs edən kitablar və digər nəşrlər nümayiş etdirilir.
Nəşrlərdə xalqımızı ən böyük arzusuna çatdıran - Şuşanı və digər şəhərlərimizi azad edən, bütün dünyaya ölkəmizin gücünü, haqq və ədalət uğrunda qətiyyətli mübarizəsini nümayiş etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uğurlarından bəhs olunur.