Azərbaycan Dövlət Neft və Sənbaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF) "İnformasiya Texnologiyaları" ixtisasının 3-cü kurs tələbəsi Samir İbrahimov Erasmus+ proqramı çərçivəsində 1 semestr təhsil almaq üçün Avstriyanın Krems Universitetinə (IMC Krems University of Applied Sciences) yollanır. Tələbənin sənədləşmə prosesi, universitet qeydiyyatı, yaşayış yeri və viza prosesi artıq yekunlaşıb.
Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları tərəfindən tələbə ilə səfər öncəsi görüş təşkil edilib və mübadilə proqramı müddətində tələbənin akademik və mədəni fəaliyyətinin planlaşdırılması yönündə söhbətlər aparılıb. Sonda xatirə şəkli çəkilib.
ADNSU-nun növbəti semestrdə yeni universitetlərlə mübadilə proqramlarının davam edəcəyi gözlənilir. Qeyd edək ki, tədris prosesi fevralın 10-da başlayacaq və iyunda yekunlaşacaq.