×

News

News 24 Jan 2025
ADNSU-da Çinli tələbələrlə görüş keçirilib

Yanvarın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Çin Yeni İli” ilə bağlı tədbir keçirilib. Tədbir Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq çərçivəsində Çin Tələbə Assosiasiyası tərəfindən Azərbaycanda təhsil alan Çinli tələbələr üçün təşkil olunub.

Tədbirdə, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndələri - Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müşaviri Ding Tao, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin konsulları Li Qi və Li Shunjun iştirak edərək nitq söyləyiblər. 

Sonda Çinli tələbələrə “Bahar Festivalı” hədiyyələri təqdim edilib.

Tədbirə ADNSU-nun Əcnəbi Tələbələr Departamentinin və Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşları, ADNSU-da təhsil alan çinli tələbələrlə yanaşı, digər universitetlərdə də təhsil alan çinli tələbələr də qatılıblar. Qeyd edək ki, tədbir tələbələr arasında qarşılıqlı əlaqələrin və mədəni birliyin möhkəmlənməsinə töhfə vermək məqsədilə keçirilib.


Share