×

News

News 30 Jan 2025
ADNSU-da Elmi Şuranın 2025-ci il üçün ilk iclası keçirilib

Yanvarın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. 

Ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov “Materialşünaslıq və emal texnologiyaları” kafedrasının müdiri t.ü.e.d. Tahir Cabbarovu yubiley yaşı münsabiəti ilə Şura üzvləri adından təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edib. Sonra gündəlikdə olan məsələlər şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.

ADNSU-nun 2024-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları haqqında Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova, Energetika fakültəsinin illik fəaliyyəti haqqında fakülətinin dekanı, dosent Aydın Əliyev hesabatla çıxış edibər. 

Gündəliyə uyğun olaraq ADNSU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru, dosent Səyami Hüseynovun illik hesabatı dinlənildikdən sonra Əcnəbi tələbə və doktorantların təhsilinin vəziyyəti barədə Əcnəbi tələbələrlə iş üzrə dekan, dosent Yaşar Həsənov ətraflı məlumat verib.

Elmi Şuranın iclasında “Akademik İnkişaf Komitə”sinin Əsasnaməsi, fəaliyyət istiqamətləri haqqında Karyera Mərkəzinin direktoru Günəş Övsətova məlumat verdikdən sonra əsasnamə Şura üzvləri tərəfindən təsdiq olunub. Sonra universitetin “Layihələrin idarə olunması” ofisinin əməkdaşı Elmar Quliyev Mübadilə proqramları üzrə seçim meyarları və qiymətləndirmə cədvəlinin təsdiqi barədə məlumat verib.

İclasda “Gənc Alimlər Assosiasiyası”nın əsasnaməsinin təsdiqi və digər mühüm məsələlər müzakirə edildikdən sonra yekdil qərarlar verilib. Elmi nailiyyətlərin qənaətbəxş olduğunu deyən dosent Vazeh Əskərov tədris və təhsilin vəziyyətinin müasirləşdirlməsi, nailiyyətlər, çatışmazlıqlar və görüləcək işlər, o cümlədən universitetdə təhsil şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.


Share