×

Xəbərlər

Xəbərlər 11 Feb 2025
ADNSU tələbələri laboratoriya dərslərini müəssisədə keçəcəklər

Fevralın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetin Elektroenergetika kafedrasının əməkdaşları “AzərEnerji” ASC-nin Tədris Mərkəzində olublar.

Mərkəzlə, o cümlədən buradakı laboratoriya şəraiti ilə yaxından tanış olan universitet əməkdaşları ilə mərkəzin rəhbər şəxsləri arasında fikir mübadiləsi aparılıb. Əməkdaşlıq əlaqələrinin genişləndiriməsi qeyd olunub və ADNSU tələbələrinin uyğun olaraq Yaz semestrinin laboratoriya dərslərinin müssisədə keçirilməsi ilə bağlı razılıq əldə olunub.


Paylaş