Fevralın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar sərgi təşkil olunub.
Sərgidə Müasir Azərbaycan Dövlətinin müstəqilliyi və suverenliyi tarixindən, o cümlədən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunmasından bəhs edən dəyərli nəşrlər yer alıb. Sərgidə eyni zamanda, Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətini, xidmətlərini, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamını, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərini, “Qayıdış” hərəkatını əks etdirən 50-dən çox kitab və digər materiallar nümayiş etdirilir.
Qeyd edək ki, Azİİ e-Kitab Evində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş sərgilər davamlı və silsilə xarakterli olacaq, ənənəvi və virtual şəkildə oxuculara təqdim olunacaq. Sərgilərdə il boyu konstitusiya, dövlətçilik, suverenlik və qanunvericiliklə bağlı ədəbiyyatlar nümayiş etdiriləcək.