×

Xəbərlər

Xəbərlər 18 Feb 2025
ADNSU tələbələri istehsalat təcrübəsinə başlayıb

Fevralın 17-dən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavriat IV kurs və magistratura II kurs tələbələri istehsalat təcrübəsinə başlayıblar. Belə ki, 2435 bakalavr, 1400 magistr və 500 nəfər ikinci ali təhsil üzrə təhsil alan tələbə bu gündən etibarən müxtəlif dövlət və özəl müəssisədə təcrübə keçəcək.
Tələbələr 14 və 20 həftə ərzində ümumilikdə 750-dən çox müəssisədə istehsalat təcrübəsində iştirak edərək praktiki vərdişlərini artıracaq, nəzəri bilikləri istehsalatda tətbiq edəcəklər. 
Qeyd edək ki, təcrübə müddəti ərzində tələbələrə yerinə yetiriləcək işlərlə bağlı artıq tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər rəhbərlərə təqdim edilib.


Paylaş