×

News

News 25 Feb 2025
Azİİ e-Kitab Evində Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi təşkil olunub

Fevralın 25-dən ADNSU Azİİ e-Kitab Evində və kitab evinin nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı Soyqırımı” adlı kitab sərgisi təşkil olunub. Sərgi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri, eləcə də soyqırıma məruz qalmış insanların yaşantılarını bir daha xalqa çatdırmaq, tələbələr arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə təşkil olunub.

Sərgidə üç dildə -  Azərbaycan, rus, ingilis dillərində Xocalı soyqırımının dəhşətlərini əks etdirən 81 adda kitab nümayiş olunur.

          Sərgi fevralın sonunadək davam edəcək.


Share