×

Xəbərlər

Xəbərlər 26 Feb 2025
ADNSU-da Elmi Şuranın növbəti iclası keçirilib

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. 

İclasda öncə Xocalı soyqırımı qurbanlarının, o cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov gündəlikdə olan məsələləri şura üzvlərinə elan etdikdən sonra universitetdə təhsil və tədrisin hazırki vəziyyəti, görülmüş işlər, çatışmazlıqlar və perspektivlər haqda danışıb. O tədrisin keyfiyyətinin yüksəldilməsini, tədqiqat sahəsində yeni hədəflərə çatılmasını, müəllimlərin peşəkarlığının daim artırılmasını prioritet olaraq diqqət mərkəzində saxlanılmalı məsələlər kimi səciyyələndirib.

Sonra Elmi Şura üzvlərinin diqqətinə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin, “Eazi START” Startap və İnnovasiya Mərkəzinin, universitetin nəzdindəki kolleclərin fəaliyyəti, magistr hazırlığının vəziyyəti haqqında hesabatlar çatdırılıb. 

Rektor, dosent Rüfət Əzizov müzakirə olunan məslələrlə bağlı təklif və iradlarını bildirib, konkret tapşırıqlar verib.


Paylaş