×

Xəbərlər

Xəbərlər 05 Mar 2025
ADNSU-da Qazaxıstanın Qaraqanda Buketov Universitetinin rektoru ilə görüş keçirilib

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qazaxıstanın Qaraqanda Buketov Universitetinin rektoru ilə görüş keçirilib.
Qonaqları universitetdə salamlayan rektor, dosent Rüfət Əzizov universitet haqqında qonaqlara ətraflı məlumat verib. ADNSU-da tədris olunan ixtisaslar, əməkdaşlıq əlaqələri, mövcud layihələr və ikili diplom proqramlarından, eləcə də qarşıda duran hədəflərdən danışıb. Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini deyən rektor, dosent Rüfət Əzizov Qazaxıstan universitetləri ilə ortaq tendensiyaların olduğunu qeyd edib və birgə elmi tədqiqat layihələrinin aparılmasınının əhəmiyyətinə toxunub.
  Qaraqanda Buketov Universitetinin rektoru Nurlan Orınbasaroviç təmsil etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Son dövrlər dövlətin ali təhsilə artan diqqəti və elmi innovativ tədqiqat işlərində əldə olunan uğurları qeyd edən rektor Nurlan Orınbasaroviç  bir çox sahələrdə ADNSU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
Sonda qonaqlara xatirə hədiyyəsi təqdim edilib. 
Qonaqlar universitetin Tarix muxeyində,  Kibertəhlükəsizlik mərkəzi və laboratoriyalarda olublar.


Paylaş