×

Xəbərlər

Xəbərlər 04 Mar 2025
ADNSU tələbələri üçün maliyyə texnologiyaları ilə bağlı təlim təşkil edilib

Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Karyera Mərkəzi tərəfindən universitetin tələbələri üçün maliyyə texnologiyaları (Fintech) sahəsində interaktiv təlim təşkil edilib. 

Təlimin spikerləri arasında MPAY-ın İnformasiya Təhlükəsizliyi İdarəsinin şöbə rəhbəri Sinan Əliyev, PashaPay-ın Fraud Monitorinq Şöbəsinin rəhbəri Ramis Ramazanov və Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Bazarlarında Tərəfdaşlığın İnkişafı və Təşviqi Şöbəsinin əməkdaşı Leyla Əliyeva çıxış ediblər. Hər biri öz sahəsindəki təcrübələrini və biliklərini iştirakçılarla bölüşərək, maliyyə texnologiyaları sahəsindəki mövcud trendlər və gələcək inkişaf imkanları haqqında dəyərli məlumatlar verib.

Təlimin əsas mövzuları arasında maliyyə savadlılığının artırılması, maliyyə sektoru üçün rəqəmsal transformasiyanın əhəmiyyəti, Fintech təşkilatlarında İT idarəçiliyinin rolu və fırıldaqçılıqla mübarizənin ən son trendləri müzakirə edilib. Eyni zamanda, yeni texnologiyaların ölkə daxilində tətbiqinin sürətləndirilməsi, startaplar, investorlar və maliyyə institutları arasında effektiv əməkdaşlığın qurulması da gündəmdə olub.

Qeyd edək ki, təlimin məqsədi tələbələrə maliyyə savadlılığını artırmaq, rəqəmsal transformasiyanın fintech sahəsindəki rolunu müzakirə etmək və bu sahədə gələcək karyera imkanları barədə məlumat verməkdir.

Bu təlim, tələbələrin fintech sahəsindəki bilik və bacarıqlarını artırmaqla yanaşı, onlara bu sahədəki geniş karyera imkanları barədə ətraflı məlumat vermək məqsədi daşıyır.

 


Paylaş