×

Xəbərlər

Xəbərlər 05 Mar 2025
Beynəlxalq qadınlar günü münasibətilə ADNSU-nun xanım tələbələri ilə görüş keçirilib

Martın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Beynəlxalq Qadınlar Günü münasibətilə “Qoşa saat” layihəsi çərçivəsində "Həyat hekayənin memarı ol!" adlı görüş keçirilib. Tədbirdə xanım tələbələrin karyera inkişafı və həyat yolunda qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb. 

Azərbaycan Beynəlxalq Bankının (ABB) İnsan Resursları departamentinin direktoru Məlahət Abdullayeva öz təcrübəsini paylaşaraq tələbələrə yumşaq bacarıqların inkişaf etdirilməsinin və şəxsi təcrübənin karyera yolunda necə böyük əhəmiyyət kəsb etməsinin vacibliyini vurğulayıb. M.Abdullayeva, şəxsi inkişafın və peşəkar bacarıqların təkmilləşdirilməsinin, eyni zamanda, iş həyatında uğur qazanmaq üçün önəmli amillər olduğunu qeyd edib. O, həmçinin, iştirakçılara cari əmək bazarının tələbləri və qadın olaraq karyera yolunda necə irəliləmək, hansı bacarıqların daha önəmli olduğu barədə praktiki məsləhətlər verib. Tədbirin sonunda iştirakçıları marqlandıran suallar cavablandırılıb və aktiv iştirakçılara xüsusi hədiyyələr təqdim edilib,


Paylaş