Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov universitetin xanım əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib və ürək sözlərini onlara çatdırıb. Qadının öncə ana kimi rolundan danışan rektor Azərbaycan qadınının cəmiyyətdə və sosial sferada yüksək mövqe tutduğunu qeyd edərək şəxsi və iş həyatlarında onlara uğurlar arzu edib.