×

News

News 19 Mar 2025
ADNSU-nun 10 Tələbəsi "Brend Tələbə" adına layiq görülüb

AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 10 nəfər tələbəsi 2024/2025-ci tədris ili üzrə universitetlər arasında keçirilən "Brend Tələbə" layihəsində “Brend tələbə” adına layiq görülüb. 
"Brend Tələbə" layihəsi, universitet tələbələrinin liderlik bacarıqlarını, onların  sosial fəaliyyətlərdəki iştiraklarını, təhsildəki uğurlarını və cəmiyyətə olan töhfələrini qiymətləndirən mühüm bir təşəbbüs olaraq tələbələrin şəxsi inkişafını dəstərmək məqsədi daşıyır. “Brend tələbə”lər hər il ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir. Bu il 29 universitet layihədə iştirak edib.
ADNSU tələbələri - 
 Riyad Baxşıyev, Eldar Abbasov, Elxan Ağabeyli, Karina Məmmədova,  Eltun Səfərli, Cavidan Aşurlu, Fidan Səlimova, Şahanə Məmmədova, Xanım Məmmədova, Murad Garamollayev “Brend tələbə” adını qazanıblar.
Tələbələrimizi təbrik edir və təhsil həyatlarında uğurlar arzulayırıq!  
 


Share