Martın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.
Öncə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov “Mexanika” kafedrasının müdiri, dosent Sakit Abbasovu yubiley yaşı münsabiəti ilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edib. Sonra gündəlikdə olan məsələlər şura üzvlərinə elan edilib və gündəlik təsdiq olunub.
Rektor, dosent Rüfət Əzizovun sədirliyi ilə keçən iclasda universitetdə təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda elmi-tədqiqat sahəsində yeni nailiyyətlərin əldə olunması istiqamətində görüləcək işlərdən bəhs olunub və hər kəsin üzərinə düşən işin layiqincə yerinə yetirməsinin vacibliyi vurğulanıb.
Elmi Şurada ADNSU-nun Beynəlxalq Reytinqlərə dair fəaliyyət planının təsdiqi, Beynəlxalq əlaqələrinin vəziyyəti, Akkreditasiya Komissiyasının yekun hesabatında verdiyi tövsiyə və göstərişlərin icrasına dair fəaliyyət planının təsdiqi ilə bağlı məruzələr, həmçinin Kimya texnologiya fakültəsinin illik hesabatı dinlənilib, gündəlikdə olan bu və ya digər məsələlərlə bağlı müzakirələr aparılıb.
Rektor, dosent Rüfət Əzizov müzakirə olunan məslələrlə bağlı təklif və iradlarını bildirib, konkret tapşırıqlar verib.