×

Xəbərlər

Xəbərlər 01 Apr 2025
Azİİ e-Kitab Evində "Elm Günü" nə həsr olunmuş sərgi təşkil olunub

 

      Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 27 Mart  Elm gününə həsr olunmuş "Elm Günü " adlı kitab sərgisi təşkil olunub.

    Sərgidə ADNSU-nun professor-müəllim heyəti tərəfindən yazılmış, bəşəriyyətin elmi-mədəni yüksəlişinə, elmin davamlı inkişafına həsr olunmuş elmi əsərlər, monoqrafiyalar yer alıb. Ümumilikdə sərgidə 46 kitab nümayiş olunub. 

    Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə ölkəmizdə hər il 27 mart “Elm Günü” kimi qeyd olunur. 


Paylaş