Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 4-cü kurs bakalavr və 2-ci kurs magistr tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir. Belə ki, 2435 bakalavr, 1400 magistr və 500 nəfər ikinci ali təhsil üzrə təhsil alan tələbə bir çox dövlət və özəl müəssisələrdə təcrübəyə cəlb olunub.
Təcrübə müddətində tələbələr sənaye prosesi ilə yaxından tanış olur, biliklərini praktik tətbiq edərək peşəkar inkişaflarına töhfə verirlər.
Müəssisələrdə peşəkar kadrların yetişdirilməsi, onların ixtisas biliklərinin daha da təkmilləşdirilməsi və nəzəri biliklərinin təcrübəyə tətbiq olunması üçün əlverişli şərait yaradılıb.