×

Xəbərlər

Xəbərlər 09 Apr 2025
ADNSU və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əməkdaşlıq görüşü keçirilib

Aprelin 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) nümayəndə heyəti ilə görüşüb. 

ADSEA sədrinin müşaviri Əsəd Şirinov, Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin müdiri Riad Axundzadə, həmçinin Elm və innovasiya sektorunun müdiri Əliağa Əzizovun və ADNSU-nun əməkdaşlarının iştirak etdiyi görüşdə su ehtiyatlarının tənzimlənməsi, su resurslarının idarəçiliyində mühəndis kadrların yetişdirilməsindən danışılıb. Eyni zamanda su ehtiyatlarının idarə edilməsində müasir yanaşmalar, eləcə də bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanması məsələləri önə çəkilib bu istiqamətdə görülə biləcək mümkün işlər müzakirə edilib.

Tərəflər, su resurslarının müasir texnologiyalarla idarə edilməsi və beynəlxalq əməkdaşlığın inkişafı mövzusunda ortaq fəaliyyət istiqamətinin seçilməsinə, gələcəkdə su ehtiyatları sahəsində ixtisaslaşmış mühəndislərin yetişdirilməsində və bu sahənin inkişafına dəstək verilməsi məqsədilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər. 

Qonaqlar sonda universitetin laboratoriyalarına baş çəkib, maddi-texniki baza ilə yaxından tanış olublar.


Paylaş