Aprelin 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “YeniSən” Platformasının silsilə proqramı çərçivəsində “Komanda quruculuğu” mövzusunda ikinci təlim-sessiya təşkil olunub.
Universitetin Karyera Məkəzinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi yumşaq bacarıqların inkişafı, tələbələrin effektiv komanda qurmaq üçün bilməli olduğu vacib bacarıqların, komanda üzvləri arasında düzgün ünsiyyətin, ortaya çıxan problemlərin həlli yollarının öyrənilməsi olub. Sessiya zamanı təcrübəli təlimçilər tələbələrlə interaktiv müzakirələr aparıb, real həyat situasiyalarında tətbiq olunan metod və yanaşmalar haqqında geniş məlumat veriblər.
Təlimdə iştirakçılar praktik məşğələlərə qoşularaq öz bacarıqlarını tətbiq etmək imkanı qazanıblar. Tədbirin sonunda tələbələr təlimçilərə suallar ünvanlayaraq mövzu ilə bağlı daha ətraflı məlumat əldə ediblər.