Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri”nin təşkilatçılığı, “ADNSU”, Azərbaycan-Britaniya Məzunları Birliyi (AUKAA) və “British Council Azərbaycan”-ın dəstəyi ilə ətraf mühit sahəsində təhsil alan tələbə və gənc mütəxəssislər üçün “Ətraf mühit sahəsində karyera və xaricdə təhsil” adlı seminar keçirilib.
Seminar çərçivəsində iştirakçılara ətraf mühit sahəsində bilik və peşəkar beynəlxalq təcrübəyə malik 6 ekspertlə birbaşa ünsiyyət qurmaq imkanı yaradılıb. Təlimçilər iştirakçılara bu sahə üzrə karyera imkanları, mövcud çətinliklər, xaricdə təhsil imkanları, ixtisaslaşma istiqamətləri və beynəlxalq təhsil proqramları ilə bağlı ətraflı məlumat veriblər.
İştirakçılar həm də seminar sonunda keçirilən interaktiv sorğuda (Kahoot) ətraf mühit sahəsindəki biliklərini sınayıblar və qaliblər hədiyyələrlə mükafatlandırılıb.
Tədbir boyunca gənclərin motivasiyası, eskpertlərlə qurulan şəbəkə və maraqlı müzakirələr seminarı daha da yadda qalan edib və sonda iştirakçıları maraqlandıra suallar cavablandırılıb.