×

Xəbərlər

Xəbərlər 14 Apr 2025
Qazaxıstanlı tələbə ADNSU-da uğurlu təcrübə keçib

Əl-Fərabi adına Qazax Milli Universitetinin Kimya ixtisası üzrə magistr tələbəsi Nurbek Eljas iki həftə ərzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təcrübədə olub. Belə ki, iki universitet arasında mövcud əməkdaşlıq çərçivəsində aprelin 1-dən 14-ə qədər ADNSU-da təcrübə keçən qazaxıstanlı tələbə akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda da olub, ixtisası ilə bağlı institutun baş direktoru, akademik Vaqif Abbasovdan məsləhətlər alıb. 

Sonda uğurlu təcrübəyə görə o, sertifikata layiq görülüb.


Paylaş