Aprelin 14-də Azİİ e-Kitab Evində ADNSU-nun Fizika kafedrasının müdiri, professor Musavər Musayev, Dünyaməddin Əskərov, Aynur Cəfərova və Nərmin Haşımova tərəfindən ərsəyə gəlmiş “Fiziki proseslərin modelləşdirilməsi” və “Molekulyar fizika və termodinamika”adlı dərs vəsaitlərinin təqdimatı keçirilib.
Təqdimatda açılış nitqi ilə çıxış edən Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova iştirakçıları salamlayaraq hər iki dərs vəsaiti haqqında məlumat verib.
Sonra Elmi işlər üzrə prorektor, professor Lətafət Qardaşova kitabların tələbələr üçün əhəmiyyətindən danışaraq təqdirəlayiq olduğunu deyib. Müasir dövrdə süni intellektin fizikaya tətbiqindən söz açan professor L.Qardaşova kitabların müasir texniki proseslərdə istifadəsinin vacibliyini qeyd edib.
Tədbirin davamında iştirakçılar və müəlliflər kitab haqqında fikirlərini bölüşüb, dərs vəsaiti kimi önəmindən söz açıblar.
Qeyd edək ki, hər iki dərs vəsaiti ali texniki məktəblərin bakalavr təhsil pilləsinin proqramı əsasında yazılıb.Yalnız ADNSU tələbələri üçün deyil, bütün texniki məktəblərin tələbə və müəllimləri üçün nəzərdə tutulub. Kitab 2024-ci ilin nəşridir. ADNSU-nun mətbəəsində nəşr olunub.Çap və elektron formada kitabxananın bazasına daxil edilib.