Aprelin 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalına baxış keçirilib.
Konsertdə gənc istedadların ifasında milli musiqimiz, rəqslərimiz və poeziya nümunələri təqdim olunub. Yaradıcı gənclərin təqdim etdiyi nümunələr sənət adamları tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, belə tədbir gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli dəyərlərimizin təbliği və Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.