×

Xəbərlər

Xəbərlər 02 Nov 2017
ADNSU-nun rektoru Ufa Dövlət Neft Texniki Universitetinin nümayəndələri ilə görüşüb

Noyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı mübadilə prosesi çərçivəsində universitetdə olan Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) bir qrup tələbə və müəllim heyəti ilə görüşüb.

Nümayəndə heyətini universitetdə görməkdən məmnun olduğunu deyən ADNSU-nun rektoru, professor M.Babanlı iki universitet arasındakı əməkdaşlıq əlaqələrindən və mübadilə prosesindən danışıb. ADNSU-da tədris prosesi, ingilis dilli ixtisaslar, mübadilə proqramları, əcnəbi tələbələr, laboratoriyalar və Startap layihələri haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı  yalnız keyfiyyətli tədrisin inkişafa zəmin yaratdığını qeyd edib. UDNTU ilə əməkdaşlıqdan məmnun olduğunu bildirən rektor, professor M.Babanlı mübadilə prosesinin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Ölkəmizdəki qonaqpərvərlikdən və onlara göstərilən diqqətdən xüsusi razılıq ifadə edən qonaqlar ADNSU-da öyrənməli olduqları və öz universitetlərində tətbiq etmək istədikləri metodlardan və yeniliklərdən danışıblar. ADNSU-da tələbələr üçün yaradılan  yüksək səviyyəli şəraitdən və onların işlə təmin olunmasına ayrılan diqqəti qeyd edən nümayəndə heyəti ADNSU ilə əməkdaşlıqda xüsusilə maraqlı olduqlarını bildiriblər.

 


Paylaş