Aprelin 19-da ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin və MAQNAT İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual çempionatı keçirilib.
Yüksək bilik və məntiq çempionatında komandalar gərgin və maraqlı mübarizə aparıblar.
Nəticələrə əsasən, 1-ci yeri İTİF-in “PrimİTİF”, 2-ci yeri BA proqramlarının “Barrikada” və 3-cü yeri SABAH qruplarının “Yolo” komandası qazanıb.
Qalib komandalar sonda diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb