Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) EAGE-nin Azərbaycan Yerli Bölməsi və Azərbaycan Neftçi Geoloqları Cəmiyyəti (ASPG) tərəfindən “Perfect Education – the Key to Success in Oil Production” adlı 29-cu Beynəlxalq Tələbə və Gənc Tədqiqatçılar Konfransı keçirilib.
Konfransın açılışında ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək belə elmi tədbirlərin gənc alimlər və tədqiqatçılar üçün əhəmiyyətini vurğulayıb və konfrans iştirakçılarına uğurlar arzulayıb.
Konfrans zamanı müxtəlif ölkələrdən gəlmiş tələbə və gənc tədqiqatçılar neft və qaz sənayesindəki aktual mövzularda çıxış ediblər. Tədbirdə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə elmi diskussiyalar aparılıb, innovativ yanaşmalar və tədqiqat nəticələri təqdim olunub.
Təqdim olunan məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilib. Abbasova Nuray 1-ci yerə layiq görülüb. Onun “Evaluation of CO2 Storage Potential in the Abu Qir Area” adlı işi yüksək elmi səviyyəsi və aktuallığı ilə fərqlənib. Qalib kimi Abbasova Nuray xüsusi təqaüdlə mükafatlandırılıb.