×

News

News 22 Apr 2025
Tələbələr üçün “Məqsədlərin təyin olunması” mövzusunda təlim keçirilib

Aprelin 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “YeniSən” Platformasının silsilə proqramı çərçivəsində “Məqsədlərin təyin olunması” mövzusunda üçüncü sessiya keçirilib.

Təlim çərçivəsində gənclər “məqsəd” və “hədəf” anlayışları arasındakı fərqi öyrənib, müxtəlif üsullara əsaslanaraq şəxsi inkişaf istiqamətlərini müəyyənləşdirməyi praktiki şəkildə tətbiq ediblər. Sessiya zamanı iştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənməyərək interaktiv qrup işləri və fərdi refleksiya tapşırıqları vasitəsilə məqsədlərinin reallığa çevrilməsi yollarını müzakirə ediblər.

Təlimdə tələbələrə praktiki tapşırıqlarla mövzunun əhəmiyyəti vurğulanaraq real həyat situasiyalarında tətbiq olunan metod və yanaşmalar haqqında geniş məlumat verilib. Sessiya müddətində tələbələr məşğələlərdə fəal iştirak edərək öz bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar.

Tədbirin sonunda iştirakçılar təlimçilərə suallar ünvanlayıb mövzu ilə bağlı daha ətraflı məlumat əldə ediblər.


Share