Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbəsinin təmsil etdiyi komanda Fibonacci Beynəlxalq Robot Olimpiadasının “HealthTech Entrepreneurship Challenge” kateqoriyasında iştirak edərək Avrasiya mərhələsinin qalibi olub.
Qalib komandanın üzvü, ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) tələbəsi Orxan Yusifli 21 ölkədən 584 komanda arasından seçilərək 35 finalçı arasında birinci yerə layiq görülüb!
Tələbəmiz bu uğurla İtaliyada keçiriləcək dünya finalına vəsiqə qazanıb.
Layihə texnoloji yenilik, sosial əhəmiyyət və sahibkarlıq yanaşması baxımından beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Tələbəmizi bu böyük nailiyyət münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!