×

News

News 22 Apr 2025
ADNSU-nun rektoru universitetdə elmi-tədqiqat təcrübəsi keçən qazaxıstanlı tələbələrlə görüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov universitetdə elmi-tədqiqat təcrübəsində olan Qazaxıstanın Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin magistr tələbələri ilə görüşüb.

Qazaxıstan universitetləri ilə sıx dostluq və əməkdaşlıq əlaqələrinin olduğunu deyən rektor, dosent R.Əzizov iki ali təhsil müəssisəsi arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən danışıb. Elmi-tədqiqat təcrübəsinin tələbələr üçün faydalı olacağına ümidvar olduğunu bildirib və  onlara uğurlar arzulayıb. 

ADNSU-da səmimi qarşılanma və yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirən Satbayev Universitetinin tələbələri Bakı, o cümlədən ADNSU haqqında onlarda gözəl təəssüratlar yarandığını bildiriblər və buradakı təcrübənin vacibliyini qeyd ediblər. 

Görüşün sonunda rektor R.Əzizova xatirə hədiyyəsi  təqdim edilib, xatirə şəkli çəkilib.

Qeyd edək ki, universitetlər arasındakı əməkdaşlıq çərçivəsində Qazaxıstanın Satbayev adına Milli Elmi-Tədqiqat Universitetinin 19 nəfər magistr tələbəsi iki həftə müddətində - aprelin 21-dən mayın 5-dək ADNSU-da təcrübə keçəcəklər. Onların burada elmi-tədqiqat təcrübələsinə cəlb olunması, tədris prosesində yaxından iştirakı, həmçinin laboratoriyalarda təqdiqat işlərində iştirakı nəzərdə tutulub. 


Share