×

News

News 23 Apr 2025
Tələbələr üçün mütəxəssislər tərəfindən növbəti seminar keçirilib

Aprelin 23-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azərbaycan-Türkiyə Dostluq Mərkəzində Bakcell şirkətinin təşkilatçılığı ilə tələbələr üçün xüsusi məlumat sessiyası keçirilib. Tədbirin məqsədi tələbələri şirkətin təcrübə proqramları ilə yaxından tanış etmək, onların karyera imkanlarına dair suallarını cavablandırmaq olub.

Sessiya zamanı Bakcell nümayəndələri tələbələr üçün maraqlı və interaktiv təqdimatla çıxış ediblər. Təqdimatda şirkətin fəaliyyəti, korporativ dəyərləri, gənclərə yönəlmiş layihələri və təcrübə proqramlarının üstünlükləri ətraflı şəkildə izah edilib.

Tədbirin sonunda iştirakçılar spikerlərə ünvanladıqları müxtəlif suallarla müzakirəyə aktiv şəkildə qoşulublar. Spikerlər tələbələrin karyera planları, müraciət prosesləri və proqramda iştirak üçün lazım olan bacarıqlar barədə suallarını ətraflı cavablandırıblar.


Share